Bu Blogda Ara

21 Ekim 2011 Cuma

Şirvanşahlar dövləti


Şirvanşahlar dövlətinin ərazisi
PaytaxtŞabran
Şamaxı
Bakı
Dil(lər)ərəb dili
fars dili
türk dili
DinSünni islam
Pul vahididirhəm, dinar
Əhalisitürklərtatlaryəhudilərərəblər
İdarəetmə formasıMonarxiya
SülaləMəzyədilərKəsranilər,Dərbəndilər
Varislik
 Qafqaz Albaniyası
Səfəvilər dövləti 

Tarixi coğrafiyası

Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad Sasanilər dövründən məlumdur. VI əsrin 1-ci yarısında Şabran və Gilgil çayları arasında Sasanilərtərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır.Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkiibnə daxil idi.
Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx (ərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında Şirvanşah da var idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224 - 241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.
Əhalisi
Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə "Erməni coğrafiyası"dır, burada Şirvanın coğrafı mövqeyi verilmişdir. "Aşxaratsuys"da - "VII əsr erməni coğrafiyası"nda VII əsrin ikinci yarısında Albaniyanın mərzbanlar - Sasani canişinləri oturan 11 vilayəti arasında Bazkan (Balasakan), DərbəndÇola, Təvəspark (Təbərsəran), Şirvan (Şruan), Xoruan (Xsrvan Ehtimal ki,Alazan) çayı, Şərqdə Xəzər dənizi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."[4]
Şirvan hələ qədimdən müxtəlif yerli tayfalar və gəlmə köçərilərlə məskunlaşmışdı. Bunu yazan mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlarsabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədi ilə Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana LahicanTəbəristanGilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdillitayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan DərbəndQəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürmüşdü.
Tarixi
Şirvanşahlar tarixini dörd dövrə bölmək olar: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI-XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.
Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. XIX əsr ərəb tarixçisi Bəlazuri 797—798 illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu.
Xəlifə Mütəvəkkilin (841-861) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Şirvanşahlar titulunu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Tədricən assimilyasiya olunan Məzyədilər sonralar öz ərəb mənşələrindən imtina edərək yerli əhali ilə qarışdılar.mənbəsiz
Yezid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943) - ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. [5] Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.
Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi..." 
Kəsranilər sülaləsinin banisi Yezid ibn Əhmədin oğlu Mənuçöhr ibn Yeziddir. Əslində ərəbmənşəli olan və Məzyədilər sülaləsinin davamı olan bu sülalədən olan hökmdarlar qədim fars hakimiyyət ənənələrinə meyl etdiklərindən və özlərini Sasani şahlarına bənzətməyə çalışdıqlarından tarixşünaslıqda ayrıca sülalə kimi götürülürlər.
Məzyədilər
Üçüncü (Minorski bir – biri ilə qohumluq telləri vasitəsiylə bağlı olan bu üç sülaləni eyni bir sülalə hesab edir. [8]) Şirvanşah sülaləsi - Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi isə etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi ilə qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. Dərbəndilərin hakimiyyət başına gəlməsi ilə Şirvanşahlar ənənəvi “şah” titulu ilə yanaşı sırf türk xalqlarının əsilzadələrinə məxsus olan “xan” titulunu da daşımağa başlamışlar.

Rusların Xəzər vasitəsiylə Bakıya və Dərbəndə yürüş xətti

Rusların Bərdəyə, Dərbəndə və Şirvana yürüş xətti
IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər.
Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilər sülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yezid ibn Məzyəddir. Ondan sonra oğlu Xalid ibn Yezid və Məhəmməd ibn Xalid Azərbaycan hakimi olmuşdur.
Üç dəfə AzərbaycanArran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysem ibn Xalid Şirvanın hakimi oldu. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, tək hakimiyyətliliyə nail olaraq və Şirvanşah titulunu qəbul etdi. [9] [10] Heysam ərəblərin təyin etdiyi Şirvanşahlarının hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk Şirvan hökmdarıdır. V.F.Minorskinin qeyd edir ki, həmin vaxtdan etibarən "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." [11]
Heysamdan sonra Məhəmməd ibn HeysamHeysam ibn Məhəmməd Şirvanşah olmuşdur. Şirvanşah Məhəmməd ibn Heysamın ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmiş, Şəndanın qapıları qarşısında məğlub olmuşdur. Əli və əl-Babın əmiri 10 min müsəlmanla əsir düşmüşdü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi.
Şirvanşahlar zamanı Rusların Azərbaycan ərazisinə yürüşləri başlamışdır. 1030-cu ildə gəmilərlə Xəzərdə üzən ruslar Abşerona gəlib çıxdılar. Bakı yaxınlıöında ruslarla döyüşən Şirvanşah Mənuçöhr ibn Yezid ağır məğlubiyyətə uğradı. 1031-ci ildə ruslar yenidən Xəzər sahillərində göründülər. Şəddadi hökmdarı Əbü-l-Fıth Musa onalrı Bakı yaxınlığında məğlubiyyətə uğrada bildi.
Şirvanşahlar öncə Sacilərin, sonra isə Salarilərin hakimiyyəti altına düşüb vassal kimi ona bac versələr də öz müstəqilliklərini saxlaya bilmişdilər.

Şirvanşahlar dövlətinin ərazisi Böyük Səlcuqlu İmperiyasının tərkibində

Şirvan ərazisi Cəlaləddin Məngburninin yürüşündən sonra bir müddət Xarəzmşahlar dövlətindən asılı olmuşdur

Azərbaycanın və Şirvanın monqollar tərəfindən tutulması

Şirvanşahlar 1265 - ci ildən etibarən Azərbaycanda hakimiyyətə gəlmiş Elxanilərə tabe olmuşlar

Teymurun Azərbaycana və Şirvana yürüşü

Şirvanşahlar dövləti 1412 - ci ildən etibarənQaraqoyunlu dövlətindən vassal asılılğı vəziyyətində olmuşdur

Şirvanşahlar bir müddət Ağqoyunlu sultanlarından vassal asılılığında olmuşlar

Şah İsmayıl Xətainin yürüşləri nəticəsindəŞirvanşahlar Səfəvilərdən vassal asılılığını qəbul etməyə məcbur olmuşlar.
Şirvanşah II Məhəmmədin ölmündən sonra oğlu Əhməd ibn II Məhəmməd varisi oldu. Şirvanşah Yezid ibn Əhməd hökmranlığı dövründə 1025-cı ildə Yəzidiyyə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasının əleyhinə qiyam qaldırdı, ancaq yaxaladı və həbsxanada ac və susuz qalıb öldü.
Şirvanşah Mənuçöhr ibn Yezidin hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə səciyyəvidir. XI əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara -alanlara, sərirlilərə, ruslara və başqalarına qarşı müdafiə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi üstündə əl-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab hakimi h.421 (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı.
Kəsranilər
Hələ atası Salar ibn Yezidin sağlığından dövləti idarə edən I Fəribürzün dövründə (1063-96) Şəddadilər, gürcü və Dərbənd hakimləri ilə dəfələrlə hərbi toqquşmalar baş verdi. XI əsrin XXX illərində oğuzlar Şirvana soxuldular. Feodal pərakəndəliyi, ara müharibələri, şəhər rəislərinin müstəqillik meylərinin güclənməsi Şirvanşahlar dövlətinin zəifləməsinə səbəb oldu. Bütün bu çətinliklərə baxmayaraq I Fəribürz qonşu ərazilər hesabına öz ərazisini genişləndirmək və dövləti möhkəmləndirmək uğurunda müvəffəqiyyətlə mübarizə apardı.
XI əsrin sonlarından Şirvanın siyasi yüksəlişi başladı. Şirvanşahlar dövlətinin çiçəklənmə dövrü olan bu yüksəliş monqol işğalınadək davam etdi. I Əfridunun dövründə gürcü sarayı ilə qohumluq münasibətləri yenidən bərpa olundu. O, oğlu Mənuçöhrü Mənuçöhrü gürcü çarı IV Davidin qızı Tamarilə evləndirdi. Qızlarından birini Bizansa, digərini isə Şirvana ərə verən Davidin məqsədi Səlcuqlar]a qarşı mübarizədə Şirvanşahların yardımına arxalanmaq idi. Lakin [I Əfridun]] əvvəlki kimi yenə Səlcuqlara meyl göstərirdi. Qohumluq əlaqələrinə və aralarındakı ittifaqa baxmayaraq IV Davidvə onun oğlu I Demetre (1125-56) Şirvanşahın əleyhinə fəal əməliyyata başlayıb Şirvanın bəzi şəhərlərini tutdular. Bu basqınlar Şirvanşahın qüvvələrini zəiflətdi. 1120 ilin noyabrında Dərbənd qoşunu ilə baş vermiş döyüşdə I Əfridun öldürüldü; hakimiyyətə oğlu III Böyük Mənuçöhr keçdi. Onun dövründə BAkı qalası inşa edildi və Kür çayına bənd çəkildi; köhnə şəhərlər möhkəmləndirildi, yeniləri salındı. Səlcuq ordusunun Didiqori vuruşmasında (1121) məğlubiyyətindən sonra III Böyük Mənuçöhr Gürcüstanla yaxınlaşdı. Bu, 1123 ildə Sultan Mahmudun Şirvana hücum etməsinə səbəb oldu. İldə 40 min dinar bac verməkdən imtina edən və vassallıqdan çıxan Şirvanşah həbs edildi. Sultanın geri dönməsindən və səlcuq ordusunun Şirvanda olmasından istifadə edən David 1124 illdə Şamaxını və Qəley-Buğurt qalasını tutub orada güclü qarnizon yerləşdirdi. Şamaxının işğalı təqribən 5 ay çəkdi. Davidin ölümündən (1125) sonra III Böyük Mənuçöhr hakimiyyəti illəri dövlətin güclənməsi və tərəqqisi dövrü idi. III Böyük Mənuçöhr filosof, alim və şairləri himayə edirdi. Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani kimi Azərbaycan şairləri onun sarayına toplanmışdı.
Şirvan taxtına Eldəgəzlərin köməyi ilə I Axsitanın dövründə Şirvanda iqtisadi həyat, ticarət və sənətkarlıq inkişaf edirdi. 1192-ci ildə baş verən güclü zəlzələ nəticəsində Şamaxı dağıldı; xeyli əhali, o cümlədən I Axsitanın ailə üzvləri həlak oldu. Şirvanşah öz iqamətgahını Bakıya köçürdü. Şamaxı zəlzələsindən sonra Şirvanşah və hakimiyyət iddiası aparan Eldəgəz şahzadəsi Əmiran Ömər Tiflisə gedib gürcü çariçası Tamardan Eldəgəz hökmdarı Əbu Bəkrə qarşı yardım istədilər. Birləşmiş Şirvan gürcü qoşunları 1195-ci il iyunun 1-də Şəmkir şəhəri yaxınlığında Əbu Bəkri məğlubiyyətə uğratdılar. Bu hadisədən sonra Şirvana dönən I Axsitan vəfat etdi.
Monqollar və Elxanilərlə münasibətlər
1222-ci ildə monqollar Azərbaycana soxuldular. Monqol qoşunu Şamaxını mühasirəyə alaraq onu dağıtdı və əhalini qılıncdan keçirdi. 1222-ci ildə gürcü çarı IV Georgi Laşa (1213-22) Şirvanşahın oğluna verilən bacısı Rusudananın toyunda iştirak etmək üçün Bakıya gəldi. Sülalə nigahı monqolların yeni hücumlarının qarşısını almaq üçün ittifaq yaratmaq məqsədi daşıyırdı. Lakin Georgi Laşanın Bakıda qəfil ölümü bu nigahı pozdu.Rusudana Gürcüstana qayıtdı və çariça (1222 - 1245) elan edildi. 1225 - ci ildə Xarəzmşah Cəlal əd-Din Məngburninin hücumu ərəfəsində xeyli zəifləmiş Şirvanda I Güştasp hakimiyyətdən salındı; yerinə oğlu III Fəribürz keçdi. 1225 ildə Xarəzmşah Cəlal əd-Din Məngburni Arranı tutdu. III Fəribürz hər il Cəlal əd–Din xəzinəsinə əlli min dinar xərac vermək şərti illə müstəqilliyini saxlaya bildi. 1226-cı ildə Xarəzmşahın Şirvana hücumdan ehtiyat edən III Fəribürz qiymətli hədiyyələrlə sultanın düşərgəsinə gəldi. Sultan Şirvanşahı fəxri libasla mükafatlandırdı və onun xəracını 12 min dinara endirdi. Beləliklə, Şirvanşah ölkəni dağıdıcı müharibələrdən qoruya bildi.
1231-ci ildə ikinci dəfə yürüş edən monqollar tezliklə bütün Zaqafqaziyanı, o cümlədən Şirvanı işğal etdilər. Monqol işğalının ilk dövründə Şirvanşahın asıllığı formal xarakter daşıyırdı. Bütün titulları ilə III Fəribürzün adından kəsilmiş sikkələrdə böyük monqol xanın adının çəkilməsi də bunu sübut edir. Şirvanşah monqollara xərac verməklə kifayətlənirdi. III Fəribürzün dövründə 1234 - 1235 ildə Bayıl qalasında müdafiə tikintisi başa çatdı. 1258 - ci ildə Hülaku xan Azərbaycanı tutduqda Şirvan Elxanilər dövlətinin tərkibinə qatıldı. Şirvan ərzisi təqribən yüz il Elxanilər və Qızıl ordadövlətləri arasında döyüş meydanına çevirildi. Lakin Şirvanşahlar dövləti öz mövcudluğunu davam etdirdi. Şirvanşah Keykavus dövründə Şirvan iqtisadi böhran keçirdi. XIV əsrin əvvəllərindən başlayaraq Qazan xanın islahatları sayəsində Şirvanda da iqtisadi həyat nisbətən dirçəldi. Lakin Əbu Səid və Arpa xan dövründə Şirvan ərazisində Qızıl Orda ilə aparılan döyüşlər ölkənin yenidən talan və qarət edilməsinə səbəb oldu.
Dərbəndilər
XIV-XV əsrlərdə formal olaraq Elxanilər sülaləsinin sonuncu nümayəndələrinin hakimiyyətlərini tanıyan Şirvanşahlar əsilində müstəqil hakimiyyət sürürdülər. Şirvanşah I Keyqubad hələ öz sağlığında dövlətin idarəsini oğlu Kavus ibn Keyqubad tapşırmışdı. 1347 - 1348 ildə Çoban Məlik Əşrəfin qoşunu Şirvana soxulub ölkəni qarət etdi. Kavus Arran feodallarının təhriki ilə 1356 - 1357 ildə Məlik Əşrəfə qarşı yürüş edən Qızıl Orda xanı Çanı bəy lə müttəfiq idi. Cəlairi Sultan Üveys (1356 - 1374) cənubda möhkəmləndikdən sonra Şirvanı da özünə tabe etməyə çalışırdı. O, Bayram bəyin başçılığı ilə Şirvana qoşun göndərdi. Cəlairlərin üstün qüvvələrinə müqavimət göstərə bilməyən Kavus təqribən 1368 - 1369 ildə təslim oldu. Üç ay həbsdə saxlandıqdan sonra o, xərac vermək şərti ilə azad olundu. Kavusun vəfatından sonra Sultan Uveysin yanında girov saxlanılan oğlu Huşəng ibn Kavus hakimiyyətə keçdi.
Cəlairlər dövlətinin tənəzzülü dövründə hakimiyyətini möhkəmlətməyə çalışan Huşəng xırda feodalların və kəndlilərin üsyanı zamanı öldürüldü. Yerli feodallar 1382 - ci ildə Huşəngin əmisi oğlu Şeyx I İbrahimi hakimiyyətə gətirdilər.
Həmin dövrdə Əmir Teymurun işğalçı müharibələri ilə əlaqədar Yaxın Şərqdə mürəkkəb siyasi vəziyyət yaranmışdı. Şimaldan isə Şirvanı şimaldanQızıl Orda xanı Toxtamış təhdid edirdi. Teymur hücum edərsə ona güclü müqavimət göstərə bilməyəcəyini qabaqcadan görən I İbrahim Teymurundüşərgəsinə gələrək ona tabe olduğunu bildirdi. Teymurun hüsn rəğbətini qazanan I İbrahim Şirvan hakimi kimi saxlanıldı. O, bir neçə dəfə Şirvana hücum edib böyük dağıntılar törətmiş Toxtamışa qarşı mübarizə aparan Teymurun müttəfiqi oldu. 1395 - ci ildə Dərbəndə Toxtamışın üzərinə yürüş edən Teymuru müşayiət edənlər arasında I İbrahim də vardı.
Şirvana yiyələnməyə çalışan CəlairilərQaraqoyunlularAğqoyunlular və Qızıl Orda xanları və Teymurilərlə mübarizə şəraitində hakimiyyət sürən I İbrahim xüsusi mövqe tuturdu. O qiymətli hədiyyələrdən başqa heç bir xərac vermirdi. Teymurun ölümündən sonra varisləri arasında çıxan hakimiyyət davasından istifadə edən İbrahim müstəqil siyasət yeritməyə başlamışdı.
1406 - cı ildə Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Teymurilərin əleyhinə üsyan baş verdi. Bu zaman Azərbaycan ərazisini bir dövlət ətrafında birləşdirməyə çalışan I İbrahim heç bir müqavimətə rast gəlmədən Təbrizədaxil oldu. Lakin o, Cəlaliri Sultan ƏhmədinAzərbaycana gəlməsini eşidərək Təbrizi tərk etdi. Bir qədərdən sonra Azərbaycana sahiblənmək uğurunda Qaraqoyunlu Qara Yusiflə mübarizə aparan Sultan Əhməd yardım üçün Şirvanşaha müraciət etdi. I İbrahim oğlu Kəyumərsin başçılığı ilə qoşun göndərdi. 1410 - cu il 30 avqustda Qara Yusif Sultan Əhmədi məğlubiyyətə uğratdı; sultan öldürüldü. Heç nədən xəbəri olmadan Təbrizə yaxınlaşan Kəyumərsi Qaraqoyunlular qəfil hucumla əsir aldılar. Qara Yusif isə heç bir xərac istəmədən Kəyümərsi I İbrahimin tabe olması haqqında məktubla həbsdən buraxdı. Şirvanşah oğlunun xəyanət etdiyindən şübhələnərək onu edam etdirdi. Bunu eşidən Qara Yusif Qarabağa gəldi. I İbrahim öz müttəfiqləri Şəki hakimi Seyid Əhmədvə Kaxetiya çarı II Konstantinlə birlikdə Qara Yusifə qarşı çıxdı. 1412 - ci ildə Kür çayı sahilində baş vermiş döyüşdə Şirvanşah və müttəfiqləri məğlubiyyətə uğradı. I İbrahim əsir alınaraq Təbrizə aparıldı. Lakin bir qədərdən sonra Qara Yusifin vassallığını qəbul etmək və Təbriz əhalisinin onun xəzinəsinə 1200 tümənlik mal verməsi müqabilində 1413 - cü ildə həbsdən azad edildi. I İbrahim qonşu Gürcüstan, Şəki və s. ilə müttəfiqlik və dostluq əlaqələri saxlayırdı. Onun dövründə Dərbənd, eləcə də Cənubu Dağıstan siyasi cəhətdən Şirvandan asılı idi. Görkəmli dövlət xadimi, cəsur sərkərdə və mahir siyasətçi olan I İbrahim Şirvanı qüdrətli və müstəqil bir dövlətə çevirə bildi. Onun dövründə geniş quruculuq işləri aparıldı.
I İbrahim ölümündən sonra hakimiyyətə oğlu I Xəlilullah keçdi. O, Qaraqoyunlulara tabe olmaqdan boyun qaçırdı. Teymuri hökmdarı Şahrux 1420-ci ildə Qarabağda qışlayarkən onun düşərgəsinə qiymətli hədiyyələr gələn I Xəlilüllah Teymurlularla daha da yaxınlaşdı. Bir müttəfiq kimi Şirvanın öz müstəqilliyini saxlanılması Qaraqoyunlulara qarşı mübarizə aparan Şahruxun manafeyinə cavab verirdi. 1421 - ci ildə Alaşkert döyüşündə Qaraqoyunlu İsgəndəri məğlubiyyətə uğradan Şahruxun müttəfiqlərindən biri də Şirvanşah idi. Buna görə də Qaraqoyunlu İsgəndər sonralar dəfələrlə (1425, 1427\28, 1433\34) Şirvana soxulub ölkəni qarət etdi. 1460 - cı ildə Səfəvi Şeyx Cüneyd Dağıstan “kafirlər” ilə mübarzə aparmaq adı ilə Şirvana soxuldu. Şirvan qoşunları ilə Samur çayına yaxınlığında Qıpçaq kəndi ətrafında baş vermiş döyüşdə Şeyx Cüneydöldürüldü. Bu Səfəvilərin Şirvanşahlarla olan ədavətinin əsasını qoydu. Sonradan Şah İsmayıl Xətainin rəhbərliyi ilə Bakını fəth edən qızılbaşlar Şirvanşah I Xəlilullahın məzarını təhqir etməkdən belə çəkinmədilər. I Xəlilullahın hakimiyyəti dövründə ölkədə xeyli abadlıq işləri aparılmış, Bakıda Şirvanşahlar sarayı kompleksi inşa edilmişdir.
Səfəvilərlə münasibətlər və dövlətin süqutu
I Xəlilullahın ölümündən sonra hakimiyyətə oğlu Fərrux Yasar keçdi. Qaraqoyunlular dövlətinə son qoyan Ağqoyunlu Uzun Həsənin hərbi müvəffəqiyyətlərini görən Fərrux Yasar Teymurilərlə ənənəvi müttəfiqlik əlaqələrini kəsib Ağqoyunlulara yaxınlaşdı. Uzun Həsənin oğlu Sultan Yaqub (1478 - 1490) Fərrux Yasarın qızı Gövhər Sultan ilə evlənmişdi. Sultan Yaqub Süleyman bəy Bican oğluvə Aybə sultanı 1488- ci ildə Şirvana soxulmuş Səfəvi Şeyx Heydərin Gülüstan qalasında 7 ay mühasirədə saxladığı Fərrux Yasarın köməyinə göndərdi. Tabarsaran yaxınlığında baş vermiş döyüşdə Şeyx Heydər öldürüldü. Səfəvilərin bu dəfə də Şirvanı tutmaq cəhətləri müvəffəqiyyətsizliyə uğradı.
1500-cü ildə Səfəvi İsmayılın başçılığı ilə qızılbaşlar yenidən Şirvana hücum etdi. Cabanı döyüşündə Şirvan qoşunları məğlubiyyətə uğradı; Şirvanşah Fərrux Yasar öldürüldü.

Şah I Təhmasibin yürüşü nəticəsində Şirvanşahlar dövləti süqut etmiş, sonuncuŞirvanşah tutularaq Təbrizdə edam edilmişdir
Şirvan taxtında əvvəlcə Bəhram bəy, sonra isə Qazıbəy keçdi. O, altı ay hakimiyyətdə qaldıqdan sonra 1502-ci ildə oğlu Sultan Mahmud tərəfindən xaincəsinə öldürüldü. Lakin bir qədər sonra üsyan etmiş Şirvanşahlar Sultan Mahmudu taxtdan salıb Gilana sığınmış Şeyxşahı Şirvana dəvət edərək II İbrahim adı ilə taxta çıxardılar. Müstəqil siyasət yürüdən II İbrahim (1502 - 1524) Səfəvilərə xərac verməkdən imtina etdi. Bu, 1509 - cu ildə Şah İsmayıl Xətainin ikinci dəfə Şirvana yürüş etməsinə səbəb oldu, Bakı, Şabran, Dərbənd və s. şəhər və qalaları fəth edildi. I İsmayılın hərbi müvəffəqiyyətlərini görən II İbrahim Səfəvilər sarayı ilə yaxınlaşmağa çalışırdı. 1518 - ci və 1521 - ci illərdə I Şah İsmayılın yanına gələnII İbrahimhörmət və mehribanlıqla qarşılandı. Şirvanşahın oğlu II Xəlilulahın Şah İsmayıl Xətainin qızı Pərixan xanımla, I Şah İsmayılın isə II İbrahimin qızı ilə izdivacları dostluq münasibətlərini daha da möhkəmlətdi.
Din
II İbrahimin ölümündən sonra hakimiyyətə II Xəlilullah keçdi. O, Səfəvilər sarayı ilə dostluq əlaqələrini davam etdirirdi. Onun ölümdən sonra Şirvan feodalları hakimiyyətə onun qardaşı oğlu 15 yaşlı Şahruxu (1535 - 1538) keçirdilər. Bütün hakimiyyət əslində vəkil Hüseyn bəy Lələ başda olmaqla yerli feodalların əlində idi. Həmin dövrdə Şirvanda əhalinin güclü çıxışı baş verdi. Bunu bəhanə edən I Təhmasib 1538 - ci ildə Şirvana 20 minlik qoşun göndərdi.Qəley-Buğurt qalasına sığınan Şahrux bir qədər müqavimət göstərdikdən sonra təslim oldu. Təbrizə aparılan Şahrux 1539 - cu ildə gizlincə edam edildi. Şirvan iqta kimi I Təhmasib qardaşı Əlqas Mirzəyə verildi. Şirvanşahlar dövlətinin müstəqilliyinə və sonuncu Şirvan xanədanı olan Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Şirvan Ərazisi Səfəvilər dövlətinə birləşdirildi. Sonralar Burhanəli Sultan, Mehrab Mirzə, Əbu Bəkr Mirzə və Şirvanşahlar sülaləsindən olan başqalarının Şirvanşahlara dövlətini bərpa etmək cəhədləri bir nəticə vermədi.
Arxeoloji qazıntılar politeizmlə bağlı inancların məcmusu kimi paqan təsəvvürlərinin köklərinin Şirvanda çox qədim zamanlara gedib çıxdığını göstərir. Şərq xalqları arasında geniş yayılmış dörd əsas ünsürdən biri kimi oda sitayiş, atəşpərəstlik geniş yayılmışdır.
Atəşpərəst məbədləri olan atəşgahlar BakıdaŞamaxıda tikilmişdir. Atəşpərəstliklə bağlı olan Zərdüştilik dini Şirvanda yayılmışdır. Zərdüştiliyə görə, dünyada iki başlanğıc - Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar.
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.
Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü.
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Şirvan ərəblər tərəfindən fəth edildi, bölgədə islam yayılmağa başladı. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır
VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsi ilə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Mədəniyyət
Bibiheybət məscidiŞirvanşahların hakimiyyəti dövründə inşa edilmiş ən mühüm dini abidələrdən biridir
Səlcuqlular dövründə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Sufi təriqətləri geniş yayılır.
Monqol istilaları dövründə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyid Yəhya Bakuvi çox məşhur olmuşdur.
Şirvanşahların hakim sülalələrinin nümayəndələri sünni müsəlman olmuşlar. Lakin əhali arasında islamla yanaşı digər dinlər – xüsusilə xristianlıqyəhudilik vəzərdüştülük də az miqdarda olsa belə yaylmışdır.
Pir Hüseyin xanəgahı və ölkə ərazisində olan onlarla digər xanəgahlar Şirvanda sufiliyin dərin izləri olduğunu göstərir
Şirvanşahlar Şirvanda dini tikililərin - Navahı kəndi yaxınlığındakı Pirsaatçay xanəgahıBakı yaxınlığındakı Bibiheybət türbəsiŞamaxı yaxınlığındakı Göylər kəndindəki Madəkani piri və s. - tikilməsinə və onların bəzədilməsinə böyük əhəmiyyət verirdilər.
Osmanlı və Ağqoyunlu sultanları kimi Şirvanşahlar da təsəvvüfə xüsusi maraq göstərmiş, sufi şeyxlərini himayə etmişlər. Xüsusilə I İbrahim və I Xəlilulahın bu istiqamətdə fəaliyyəti haqqında tarixi mənbələrdə çoxlu məlumatlar vardır. Həmin şirvanşahlardan birincisinin Hürufi, ikincisinin isə Xəlvəti xanəgahlarına bağlı olduğunu zənn edən tədqiqatçılar da vardır.
50 il ərzində - h.641-692 (1243-1294)-ci illər arasında III FəribürzII AxsitanII Fərruxzad, Keykavus və b. Şirvanşahların dövründə Pirsaatçay xanəgahının başlıca binaları tikilmişdir. Sonralar h.824 (420)-cü ildə kitabələrin birində istehkam divarlarını bərpa etdirmiş Şirvanşah I Xəlilullahın adı çəkilir.[13] Şeyx Pirhüseynin məqbərəsi üzərində tikilmiş Pirsaatçay xanəgahı Şirvanşahlar, Şirvan və qonşu ölkələrin əhalisi tərəfindən müqəddəs səcdəgah sayılmışdır. Pir Hüseyn Şirvani Şirvanşahlar I Fəribürz, onun atası Salar və babası Yezid ibn Əhməd dövründə yaşamış və h.467 (1074/5)-ci ildə çox qoca yaşında ölmüşdür. Pirhüseyn Azərbaycanda və bütün Yaxın Şərqdə məşhur olan sufi şair və panteist filosof, yüz ildən çox yaşamış Şeyx Məhəmməd Əli Bakuvinin (948-1050) kiçik qardaşı idi. [14]
Səfəvilər hakimiyyəti dövründə bölgədə şiəlik yayılmağa başlayır.
Xl-XIII əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Şirvanda da poeziya yüksək səviyyəyə çatmışdı. Fars dili ədəbiyyatda, o cümlədən şeirdə üstün yer tutaraq,ərəb dilini, demək olar ki, tamamilə sıxışdırmışdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı türk dildə də əsərlər yazırdılar. XIII əsrin sonlarında şair HəsənoğluAzərbaycan və fars dilində lirik şeirləri ilə şöhrət qazandı.Həsənoğlunun müasiri, Bakı şairi Nəsirin (XIV əsrin əvvəlləri) bakılıları bir sıra vergilərdən azad edən və şəhərin abadlaşdırılmasına dair fərmanlar verən Məhəmməd Xudabəndə Olcaytuya ithaf olunmuş azərbaycanca müxəmməsi də dövrümüzədək gəlib çatmışdır.
Orta əsrlər Azərbaycan poeziyasının əsas janrları, bütün Yaxın və Orta Şərqdə olduğu kimi, ərəb-fars janrları - qəsidə, qəzəl və rübai idi. Şahları və feodalları mədh edən dəbdəbəli qəsidə Şirvanın saray şairləri arasında dəbdə idi. Mənbələr xəbər verirlər ki, XI əsrin sonlarında Şirvanşah I Fəribürzün sarayında Şirvanşaha ərəb dilində mədhiyyələr yazan şairlər toplaşmışdı.Ərəb şairi əl-Qəzzinin Azərbaycanda və Arranda yazdığı şeirlər burada ərəbdilli poeziyanın ənənəvi janrlarının geniş yayıldığı ədəbi mühitin mövcud olduğunu göstərir. Əl-Qəzzinin Şirvanşah I Fəribürzün xəsisliyinin və digər qüsurlarının məxsərəyə qoyulduğu zərif ədəbi formada yazılmış həcvi dövrümüzə çatmışdır. Ehtimal ki, əl-Qəzzi Şirvanşaha həcv olan qəsidəsini Fəribürz gəlmə şairin mədhiyyələrini dinləmək istəmədikdə Şirvanı tərk edib getdikdən sonra yazmışdır.
XII əsr klassik Azərbaycan poeziyasında lirik janrlarla yanaşı, dahi Azərbaycan şairi  Nizami Gəncəvinin qələmindən çıxan gözəl epik əsərlər də yaranmışdı.Nizaminin yaradıcılığının bir hissəsi də Şirvnşahların (I Axsitanın) adı il bağlıdır. XI əsrin əvvəllərindən, Arran və Şirvan da daxil olmaqla, Azərbaycandafars dilində (farsi) yazan tam bir nəsil görkəmli saray şairi meydana gəlmişdi.
Həmin dövrdə zamanın dini, mistik sufi görüşlərinin təsiri altında olan ədəbiyyat və fəlsəfə xüsusilə inkişaf etdi. X əsrin ikinci yarısı - XI əsrin birinci yarısında ilk Azərbaycan sufi şair və filosoflarından biri dövrümüzədək gəlib çatmış ən qədim sufi divanının müəllifi ibn Bakuyə və ya Baba Kuhi təxəllüsləri ilə tanınmış Əbu Abdullah Əli ibn Məhəmməd Şirazi idi. O, ilk gəncliyində əşarilik təriqəti başçısının ardıcıl məşhur şeyx Əbu Abdullah ibn Xəfifin (ö.h.371 (981/2)-ci il) yanında təhsil almışdır.Onun divanı ilk dövr sufiliyini tədqiq etmək baxımından müstəsna əhəmiyyətə malikdir. O, şiə olsa da, dünyagörüşündə od kultunun, zərdüşt günəşinə sitayişin təsiri gözə çarpır. Həmdullah Qəzvininin məlumatına görə, o, türbəsi və xanəgahı Şamaxı yaxınlığında, Pirsaatçay sahilində yerləşən Pirhüseyn Şirvaninin qardaşı idi.

Dahi şair Nizami Gəncəvi özünün "Leyli və Məcnun" məsnəvisiniŞirvanşah I Axsitanın sifarişi ilə yazmışdır.
XII əsrdə Şirvanşahlar III Mənuçöhrün və I Axsitanın sarayında Azərbaycanın farsdilli şeir məktəbi yaranmışdı. Onun başında məlik üş-şüəra (şairlər şahı)Nizaməddin Əbülüla Gəncəvi dururdu. Saray şairi olan Əbülüla Gəncəvi, eyni zamanda, nədimlərin - Şirvanşahın şəxsi müsahiblərinin başçısı idi. Əbülüla gəncəli olub, XI əsrin son rübündə orada doğulub, təhsil almışdı. O, Şirvanın görkəmli şairləri Fələkinin və Xaqaninin müəllimi idi. O, poetika, fəlsəfə və astronomiya sahələrində dərin biliyə malik idi. Lakin Şirvanşah sarayında imtiyaz sahibi olmasına baxmayaraq, o, düşmənləri tərəfindən üstünə böhtan atılaraq 55 yaşında vəzifəsindən məhrum edilmişdir.
Şirvanın digər bir istedadlı şairi İzzəddin Şirvani haqqında məlumat çox azdır. Yalnız onun Əbülüla və Xaqaninin müasiri olub, onlarla görüşdüyü məlumdur. Şeirlərindən bizə gəlib çatan bir yarımçıq qəsidəsi və bir rübaisi onun poeziyasının gözəllik və zərifliyindən xəbər verir.
Şirvan məktəbinin məşhur şairlərindən biri də Əbülülanın tələbəsi Əbu Nizam Məhəmməd Fələki Şirvanidir (1108 — 1145). Fələki Şamaxıda doğulmuşdur. O, dostu Xaqaninin köməyilə Şirvanşahlar sarayına düşmüş, burada III Mənuçöhrü Şirvanda abadlıq və mədəniyyətin tərəqqisi üçün çox iş görmüş ağıllı hökmdar kimi vəsf edən qəsidələr yazmağa başlamışdır. Fələki təxəllüsü götürməsi dərindən maraqlandığı, hətta haqqında əsər yazdığı nücumla məşğul olması ilə bağlıdır. Fələkinin dəbdəbəli qəsidələrindən ibarət divanı məzmunca dolğun olmasa da, şeirləri forma gözəlliyi ilə diqqətə layiqdir. Şirvanşahın daşğın nəticəsində dağılmış Bagilan bəndini tikdirməsi münasibətilə yazdığı qəsidə buna misal ola bilər. Fələki öləndə qırx yaşı da yox idi. Şair gözdən salınaraq həbsxanaya atılmış və ən yaxşı, təsirli şeirləri olan "Həbsiyyə" lərini də burada yazmışdır.
XII əsrdə Şirvanşahların saray şairlərinin ən görkəmlisi Əfzələddin İbrahim ibn Əli Xaqani (h.515-595 (1121/2-1199)-ci illər) idi. O, Şamaxı yaxınlığındakı Məlhəmkəndində dülgər Əlinin ailəsində anadan olmuşdur. Anası müsəlmanlara əsir düşdükdən sonra islamı qəbul etmiş nəsturi məzhəbinə mənsub xristian idi. Xaqani son dərəcə cilalanmış kamil şeir texnikasına, valehedici sənətkarlığa malik şair kimi məşhurdur.O, öz sənətkarlığı ilə müəllimi məlik üş-şüəra Əbülüla Gəncəvini ötüb keçmişdi. Xaqani dövrünün ən təhsilli adamlarından biri olub, ərəb dilini, fəlsəfəni, ilahiyyatı, təbabəti, ədəbiyyatı öyrənmişdi. Ona əmisi - həkim və alimKafiəddin Ömər təlim-tərbiyə vermişdi. Xaqaninin parlaq poetik istedadı erkən aşkar olmuş və tam şəkildə onu böyük mesenat olan Şirvanşah III Mənuçöhrün saray şairləri sırasına daxil edən müəllimi Əbülüla Gəncəvinin təsiri altında formalaşmışdır. Xaqani hamisi Mənuçöhrün titullarından biri ilə bağlanılan və "xaqana məxsus" mənasını bildirən təxəllüsünü də bu vaxt götürmüşdür. Şirvanşah sarayında mədhiyyəçilik geniş intişar tapmışdı və Xaqani şairlər içərisində ilk dəfə olaraq III Mənuçöhrə, vo onun oğlu I Axsitana bir neçə tərifləyici qəsidələr yazmışdı.H.551(1156/7)-ci ildə ilk dəfə Həccə gedən Xaqani Bağdadda olarkən xəlifə tərəfindən qəbul edilir. H.552 (1157/8)-ci ildə ziyarətdən qayıdan Xaqani Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazıılmış ilk əsər kimi dəyərləndirilən, yeganə poeması "Töhfətül-İraqeyn" əsərini tamamlayır. Xaqani əsərlərində ara-sıra Azərbaycan sözləri işlədirdi. Xaqaninin yaradıcılığı təkcə Azərbaycan şeirinə deyil, Yaxın Şərqin bütün farsdilli poeziyasına güclü təsir göstərmişdir.
1140–cı ildə Gəncədə anadan olmuş Nizami Gəncəvi sufizm cərəyanının nümayəndəsi olmuşdur. Şairin “Divan”ı və beş əsərdən ibarət “Xəmsə”si onun şöhrətlənməsində əsas rol oynamışdır. Nizami Gəncəvinin qələmindən çıxan gözəl epik əsərlər də yaranmışdı. Nizaminin yaradıcılığının bir hissəsi də Şirvnşahların (I Axsitanın) adı il bağlıdır.

Tokay Məmmədov İbrahim Zeynalovla birgə - tunc, qranit - 1979 Nəsiminin Bakı şəhərində heykəli
Əsas poetik janr olan qəsidə ilə yanaşı, humanist dünyəvi poeziya da inkişaf edirdi. Onun parlaq nümayəndəsi XII əsrin dahi şairi dünya ədəbiyyatının korifeylərindən biri Nizami Gəncəvi idi. Mənbələrə görə, şair sufi dairələri və əxi təşkilatı ilə əlaqə saxlamışdır. O, ərəb, xüsusilə fars dillərini mükəmməl bilirdi. Nizamidə Axsitan "divan sahibi" kimi xatırlanır; ehtimal ki, şair özünün lirik şeirlər məcmuəsini ona təqdim etmişdir.
Nizami məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması "Leyli və Məcnun"u fars və ərəb dilləri ilə bəzəməyi xüsusi qeyd edən I Axsitanın sifarişi ilə yazmışdı. Axsitanın bu tələbi Nizaminin fars dili ilə yanaşı Azərbaycan-türk dilində də şeirlər yazdığını ehtimal etməyə imkan verir.Axsitanın Nizamiyə məktubunda aşağıdakı misralar vardır:
در زیور پارسی و تازی
این تازه عروس را طرازی
ترکی صفت وفای ما نیست
 ترکانه سخن سزای ما نیست
آن کز نسبِ بلند زاید
او را سخنِ بلند، شاید
Kamal cövhərinin xəzinəsindən,
Gör, kimin sapına inci düzürsən.
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz.
Nizami poemanı 4 aya yazaraq, onu 1188-ci il sentyabrın 24-də başa çatdırdı. Poemanın sujet xəttinin əsasında Azərbaycanda yayılmış qədim ərəb əfsanəsi durur. Nizami Məcnun və Leyli əhvalatını şərh edən yazılı ərəb mənbələrindən bəhrələnmiş və yeni ideya və keyfiyyətlərlə zənginləşdirilmiş, sujet cəhətdən kamil və orijinal bədii əsər yaratmışdır. Nizaminin poeması bütün Şərqdə böyük uğur qazanaraq məhşurlaşmışdı. "Leyli və Məcnun" poeması XII əsr romantik Azərbaycan şerinin zirvəsi və məhəbbət haqqında ən möhtəşəm əsərlərdəndir.
Dahi şairlər Nizami və Xaqaninin Azərbaycan xalqının mədəniyyətini, tarixini və həyat tərzini əks etdirən yaradıcılığı XII əsr Azərbaycan ədəbiyyatının ən yüksək zirvəsi, onun "qızıl dövrü"dür. Həmin dövrdə ədəbiyyatın və elmin inkişafı birtərəfli xarakter daşımırdı. Bu, orta əsrlər Azərbaycan cəmiyyətində mədəniyyətin ümumi yüksəlişinin tərkib hissəsi idi.
XII əsrin məşhur fəqihlərindən (hüquqşünaslarından) biri, müəyyən müddət Bağdaddakı Nizamiyyə mədrəsəsində yaşamış şamaxılı Əbu Bəkr Məhəmməd Şirvani sayılır. O, Dərbənd nahiyəsində Hibətullah ibn Mübarək ibn əs-Səktinin və Şirvanın digər görkəmli alimlərinin yanında oxumuşdur. H.539-cu ilin şəvval ayında (aprel1144-cü il) ölmüşdür. Xınalıqlı Həkim ibn İbrahim əd-Dərbəndi də bu şəhərdə Qəzzalidən fiqh dərsi almış, hədisləri dinləmişdir. O, uzunmüddət Buxarada yaşamış və 1143/4-cü ildə orada vəfat etmişdir. XII əsrin digər görkəmli alimi beyləqanlı Əbü-1-Məali Əbd əl- Məlik ibn Əhməd əl-Beyləqani Xorasan və Bağdada gedərək ilahiyyatı öyrənmişdir. H.496 (1102/3)-cı ildən sonra Beyləqanda ölmüşdür.
Qəvam əd-Din Nəsr Yunis ibn Mənsur ibn İbrahim əş-Şirvani Şirvandan Bağdada köçərək, buradakı Nizamiyyə mədrəsəsində dərs demiş, tarixçi Əbd ər-Rəhman ibn əl-Cəuzinin dostu olmuşdur. Qəvam əd-Din 1258-ci ildə monqollar Bağdadı zəbt edərkən öldürülmüşdür.Filosof Müəyyin əd-Din Əbü-1-Fəzl Bəxtiyar ibn Mühənna ibn Əbd ər-Rəhman əş-Şirvani h.665 (1266)-ci ildə Təbrizdə ölmüşdür.Fiqh alimi Zəki ibn əl-Həsən ibn Ömər Əbu Əhməd əl-Beyləqani h.582 (1186)-ci ildə doğulmuşdur. Dəməşqə köçərək, burada fıqh və hədisdən dərs demişdir. Sonralar İsgəndəriyyəyə, oradan isə Yəmənə gedərək alimliyi ilə şöhrət qazanmış, çoxlu şagirdi olmuşdur. O, h.676 ([1277])-ci ildə Ədən şəhərində ölmüşdür. Sufi, əş-Şihabiyyə xanəgahının şeyxi Şəms əd-Din Məhəmməd ibn Əhməd ibn Salah əş-Şirvani nücum və hüquq bilicisi idi. Fəlsəfə sahəsində mühazirələr oxumuş, rasionalistlərin mübahisələrində iştirak etmişdir. H.699-cu ildə (28 XI. 1299 - 15. IX. 1300) ölmüşdür.
Şirvan alimləri coğrafiya, kosmoqrafiya, riyaziyyat, kimya, təbabət, musiqi ilə də məşğul olurdular. Yaqut Həməvi ŞirvanŞamaxıDərbəndQəbələBeyləqan və başqa şəhərlərdən çıxmış bir çox alimin adını çəkir. Şirvanşah III Mənuçöhrün hakimiyyəti dövründə həkim Mahmud xoca, müdriklərin şöhrəti, Şirvanın şərəfi, Xaqanini xəstəlikdən xilas etmiş Rəşidəddin məşhur idi.Şəmsəddin Təbib Xaqanini qızdırmadan müalicə etmişdi.
XI-XIII əsrlərdə astronomiya və astrologiya xeyli inkişat etdi. XII əsrin ortalarında Şirvanda yaşamış Fəridəddin Şirvani adlı alim astronomiya ilə məşğul olmuş, bir neçə ulduz cədvəli tərtib etmişdir.Mil düzündəki Örənqalada aparılan arxeoloji qazıntılar zamanı tapılan, üzərində planetlərin əhatə dairəsi və hərəkət yolu cızılmış dairəvi gil lövhə Azərbaycanda astronomiyanın inkişaf etdiyini təsdiqləyir. Nizaminin "İsgəndərnamə" poemasında irəli sürdüyü "eşitdim dünyadır parlaq ulduzlar" müddəası şairin bu sahədə dərin biliyə malik olduğunu göstərir.

[redaktə / تحریر]Bədii sənətkarlıq


Şirvan xalçaçılıq məktəbinə məxsus Yarpaq xalısı, Şamaxı, XVIII əsr

Əli Məhəmməd oğlu Şirvaninin düzəltdiyi bürünc lüləyin, Şirvan,1206Ermitaj

Usta Şükrullah Müxlis Şirvani - Bürünc üstürlab, XV əsr,Azərbaycan Tarix Muzeyi
Ölkədə bədii mədəniyyətin ümumi yüksəlişi ilə bağlı tətbiqi sənət xeyli inkişaf edirdi. İncəsənət əsərləri səviyyəsində olan bir sıra bədii sənətkarlıq məmulatı - Şamaxı və Şəkinin ipək parçaları, metal qabqacağı və zərgərlik məmulatı, Beyləqanın gözəl şirli saxsı qabları, Şirvanın bir sıra şəhərlərinin gözəl naxışlı xalçaları və s.incəsənət əşyaları Yaxın Şərq ölkələrinə ixrac edilirdi. Ermitajın zəngin kolleksiyası içərisində tuncdan tökülmüş Şirvan lüləyinin heykəl qrupu diqqəti cəlb edir. Bu nəfis su qabı donqarlı inək və onu əmən buzov təsvirindən ibarətdir. İnəyin belinə sıçrayıb onu parçalayan şir dəstək rolunu oynayır. Qab gümüşlə inkrustasiya edilmiş, üzərində nəbati naxışlar, insan və heyvan fiqurları təsvir olunan haşiyələrlə bəzədilmişdir. İnəyin boynundakı kitabədə yazılır: "Bu inək, buzov və şirin hər üçü bütöv şəkildə tökülmüşdür..." Kitabədə sifarişçinin, sahibinin, habelə nəqqaşın - Əli ibn Məhəmməd ibn Əbdül Qasımın adları çəkilir və h.603 (1206)-cü il məhərrəm ayı tarixi göstərilir. Son dərəcə ifadəli, dinamik və orijinal əsər olan bu heykəlcik onun yaradıcısının yüksək bədii sənətkarlığını göstərir.
Şirvanşahlar sarayında XII əsrə aid edilən təbəqədəki quyuların birində bədii cəhətdən orijinal şəkildə işlənmiş tunc çıraq tapılmışdır. Çıraq bədii tökmə şəklində təsvir olunan süvari, ata hücum edən yırtıcı heyvan, iki öküz başı, pişikkimilər fəsiləsindən on dörd iri vəhşi heyvan başı, iki relyefli insan üzü və digər detallarla bəzədilmişdir. Çırağın uzunluğu 18 sm, hündürlüyü təqribən 8,5 sm-dir. O, əridilmiş mum texnikası əsasında düzəldilmişdir.Bədii sənətkarlıq növlərindən biri də şirli keramikadır. Tədqiqatçılar Beyləqan keramikasının gözəlliyini, bariz ifadə olunmuş özülülüyünü və orijinallığını, habelə, Beyləqan dulusçularının, xüsusilə XI-XIII əsrin birinci rübündə tətbiqi sənət sahəsində yüksək səviyyəyə nail olduqlarını qeyd edirlər. XII əsrin məharətlə işlənmiş relyefli nəbati dairələr fonunda yaşıl zolaqlı boşqab və kasaları, parlaq polixrom naxışları, Beyləqanda işlənib hazırlanmış texniki üsulla manqan şiri üzərində incə və zərif naxışçəkmə həmin dövrdə başqa incəsənət sahələri kimi bədii keramika sənətinin də inkişaf etdiyini göstərir. Bu və ya digər məmulatları istehsal edən karxanalar onlara öz möhürlərini vururdular. Dulusçular bəzi qablarda öz imzalarını gizli şəkildə naxışlarla həkk edirdilər.
Memarlıq
Bir sıra şirli keramika məmulatını üzərində lirik xarakterli farsca poetik nümunələr, yaxud ərəbcə xoşbəxtlik arzuları bildirən kitabələr vardır. [46] [47] Sonrakı əsrlərdə şirli eramikanın inkişafına təkrar rast gəlinmir. Şirvan və Arran əhalisinin məişətində geniş yayılmış xalq tətbiqi sənət növlərindən biri də xalçaçılıq idi. Azərbaycanda xalça hələ eramızdan xeyli əvvəl toxunmuşdur.Mingəçevirdəki katakomba qəbirində palaz qalıqları aşkar olunmuşdur. X əsrin anonim əlyazmasında Şirvan və Xursan vilayətlərində (Quba və Bakı şəhəri ilə birlikdə Abşeron da bu zonaya daxil idi) müxtəlif çeşidli məxfuri-xovlu xalçalar, palazlar toxunduğuna dair məlumat verilir. "Əcaib əd-Dünya" adlı XIII əsr mənbəyində müasir Quba rayonu ərazisindəki Abxaz şəhərində zili xalçalar və yaxşı corablar toxunduğu xatırlanır. Quba-Şirvan qrupuna məxsus Şirvan tipli həndəsi naxışlı xovlu xalça dövrümüzədək gəlib çatmışdır. Bu xalça XlII - XIVəsrlərə aid edilir. [48] [49] [50] [51] [52] XV əsrdə Şirvandan və Arrandan Qərbi Avropa ölkələrinə çoxlu miqdarda xalça ixrac olunduğu qeyd edilir.
Şirvanda şəhərlərin və şəhər mədəniyyətinin inkişafı ilə bağlı memarlıq və şəhərsalma da inkişaf edirdi. Həmin dövrdə Azərbaycanın yüksək memarlıq sənəti, memarlıq formalarının özünəməxsusluğu, bəzək işlərinin zənginliyi - bütün bunlar yerli memarlığın çoxəsrlik inkişaf və təkmilləşmə dövrünün yekunu idi. IX-XI əsrlərə aidmemarlıq abidələrinin cüzi bir hissəsi dövrümüzə çatmışdır. Bu dövrdə ibadətxanalar, əsasən, hakim islam dini ilə bağlı olan məscidlər tikilirdi.
XI-XIII əsrlər Azərbaycan memarlıq abidələri onun yüksək inkişaf səviyyəsini göstərir və qonşu ölkələrin, Yaxın Şərqin həmhüdud ölkələrinin memarlığından fərqlənən özünəməxsus yerli xüsusiyyətləri ilə səciyyələnir. Onlarda bədii və tikinti ənənələrinin sabitliyi müşahidə olunur. Bu dövrdə Azərbaycan memarlığında dörd istiqamət (memarlıq məktəbi) yaranmışdı. Azərbaycan memarlığının gələcək inkişafında mühüm rol oynamış yerli Naxçıvan-Marağa vəŞirvan -AbşeronArran və Həmədan-Qəzvin memarlıq məktəblərinin təşəkkül prosesi başa çatmışdı. Memarlıq binalarının daş hörməsinin xarakter və quruluşu ilə müəyyənləşən bədii obrazının bütövlüyü, hörgünün hamar fonunda relyeflə işıq-kölgə effekti yaradan plastik cəhətdən zəngin dekor ünsürlərinin yerləşdirilməsi Şirvan-Abşeron memarlıq məktəbinin xüsusiyyətlərindəndir.
Şirvanşahların ailə sığınacağı olanGülüstan qalası və əsas xəzinənin saxlandığı Qəley-Buğurt qalası
XI-XIII əsrlərdə şəhərsalmanın inkişafı ilə əlaqədar olaraq Azərbaycan memarları ifadəliliyi və gözəlliyi ilə seçilən saraylar qəsrlər, karvansaralar, məscidlər, körpülər və s.tikirdilər. Bakı və Abşeronun memarlıq abidələri tikinti materialına, gözəl yonulmuş sarıya çalan, ağ xırda dənəvər yerli badamdar əhəngdaşına, ciddi və lakonik formalı bədii-memarlıq üslubuna görə Şirvan – Abşeron qrupunda birləşir. XI əsrin ibadətxana tikililərinə Bakının İçərişəhərhissəsindəki Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbubəkr məscidi aiddir. Məscid çatma tağlı, mehrabı olan düzbucaqlı otaqdan ibarətdir; məscidin şimal divarındakı ərəbcə kitabədə məscidin "əl-ustad əl-rəis Məhəmməd ibn Əbubəkr tərəfindən "h.471 (1078/9)-ci ildə" tikildiyi xəbər verilir.
Yadelli basqınlar və siyasi şəraitin mürəkkəbliyi müdafiə istehkamlarının inşasını şərtləndirirdi. Abşerondakı bir sıra qalalar və feodal qəsrləri XII-XIII əsrlərə aiddir. Ə. Ə. Ələsgərzadənin fikrincə Şirvanşah I Axsitanın hökmranlığı dövründə h.583 (1187)-cü ildə Mərdəkan kəndində yuxarı hissəsi maşikullar və merlon dişcikləri ilə bəzənmiş divarla dövrələnən və tinlərində yarımbürcləri olan düzbucaqlı həyətin ortasındakı iyirmi iki metrlik prizmaşəkilli möhtəşəm dördkünc qülləli qala tikilmişdir. Onun yaxınlığında h.600 (1204)-cü ildə memar Əbdülməcid ibn Məsud tərəfindən tikilmiş və yerli memarlıq tipinin sabitliyini göstərən başqa bir qala ucalır, onun donjonu yuxarı hissəsi maşikul və merlonlarla bəzədilmiş azacıq nazikləşən daş silindir olub daha zərif formaya malikdir.Şirvan-Abşeron məktəbinin müdafiə tikililərinin memarlığında Bakının İçərişəhər hişsəsində, dənizə doğru dikinə uzanan sahil qayasının çıxıntısı üzərində inşa edilmiş Qız qalası qeyri-adi görkəmilə xüsusi yer tutur. Onun islamaqədərki dövrdə ibadətgah kimi tikildiyi,XII əsrin son rübündə (ehtimal ki, 1175-ci ildə) Şirvanşah I Axsitan Abşeronuvə Bakını fortifikasiya istehkamları ilə möhkəmləndirərkən tikintisinin başa çatdırıldığına və dəyişdirilərək müdafiə qalasına çevrildiyinə dair mülahizə irəli sürülmüşdür.

Şirvanşahların zamanında əsaslı bərpa olunaraq müdafiə qurğusuna çevrilmiş qədim məbəd - Qız qalası
Xaqaninin (XI əsr) Şirvanşah I Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində Xorasanın yenilməz Bestam şəhəri ilə müqayisə edilən Bakının alınmaz qala kimi əhəmiyyəti qeyd olunur.Şeirdə Xaqani Şirvanşah I Axsitanın inşa etdirdiyi qala tikililərinə işarə edir.
XII-XIII əsrin əvvəllərində istedadlı memar və sənətkarların yaşayıb yaratdığı Şirvanda memarlıq inkişaf edirdi. Mənbələrdə Şamaxının yaxınlığındakı XII əsrdən xeyli əvvəl tikilmiş və o vaxtlar inşası başa çatdırılan Gülüstan qalası,Buğurt qalası və bir sıra digər qala və bürclər qeyd olunur. Zəkəriyyə əl-Qəzvini Şirvan vilayətində möhkəmləndirilmiş Buğurt qalasından danışır: "Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumet evi (dar əl-imarə) var. Onun qapısında yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır".
Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır.
Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.

Şah məscidinin interyeri
Şirvanşahlar öz xəzinələrini zəif müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Buğurt qalasında saxlayırdılar. Bu parçada Buğurt qalasını bəzəyən barelyef və daş heykəllər haqqında məlumat diqqətəlayiqdir. Buna bənzər heykəltəraşlıq təsvirləri Şamaxıdakı Gülüstan qalasında, Bayıl buxtasındakı qalada da var idi. Ehtimal ki, bu heykəltəraşlıq təsvirləri, qədim ənənəyə görə, dövlət idarəsinin "dar əl-imarə"nin, yaxud Şirvanşahın iqamətgahının yerləşdiyi qalaları bəzəyirdi.
Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.
Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.
Monqol istilasından sonra (təqribən 1239- cu il) Şirvanda XIII əsrin sonlarınadək əhəmiyyətli tikililərə rast gəlinmir ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində dağıntıya məruz qaldığını göstərir. Lakin artıq XIV əsrin əvvəllərindən bütün ölkədə yenidən iri müdafiə tikililəri, ibadətgahlar inşa edilməyə başlayır (NardaranRamana qalaları və s.)
Şirvanşahlar dövrü Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri Şirvanşahların Bakı iqamətgahı olanŞirvanşahlar sarayıdır. Kompleksə Şirvanşahlar sarayıDivanxanaKеyqubаd məscidiŞirvanşahlar türbəsi (1435-1436),Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsiMurad darvazası (1585), Saray hamamı və Ovdan daxildir.
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilmişdir.
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama apran dolama pilləkənlər yerləşdirilmişdir. Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olmuşdur.
Heykəltəraşlıq
Şirvanşahlar saray kompleksinin Şimal-Qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə Divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizgüşəli mərkəzi pavilyonu ucaldılmışdır. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik,qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaratmışdır.
Bakı buxtasında Bayıl qalasından aşkarlanmış heykəltəraşlıq nümunələri (Şirvanşahlar saray kompleksində saxlanılır)
XII-XIII əsrlərdə Şirvanda dekorativ və plastik sənət xeyli inkişaf etmişdi. Sənətkarların abidələr üzərində qalmış adları bir sıra istedadlı daş üzərində həkkaklıq ustalarının, heykəltəraşların olduğunu göstərir. Bakı buxtasında, XIV əsrdə su altında qalmış uzunsov düzbucaqlı formalı qala tipli tikilinin yerində (Bayıl daşları deyilən yerdə) üzərində ərəb əlifbası ilə kitabələr həkk olunmuş səkkiz yüzədək sal daş tapılmışdır. Fars dilindəki bu kitabələr vaxtilə abidənin divarlarını yuxarıdan dövrələyən frizdə yerləşdirilmişdir. Salların kitabələrdən boş qalan yerlərində qabarıq şəkildə müxtəlif heyvan, əfsanəvi varlıq, bəzilərində tac olan insan başları təsvir olunmuşdur. Bu qabartmaların bir çoxu böyük sənətkarlıqla, realist səpkidə işlənmiş, bu və ya digər heyvana məxsus hərəkətlər düzgün təcəssüm etdirilmişdir. Ehtimal ki, daha erkən dövrə aid olan natural ölçülü iki at barelyefinin parçaları diqqəti cəlb edir. Bir neçə daşda memar Zeynəddin ibn Əbu Rəşidin, nəqqaş Rəşidin adları çəkilir, abidənin h.632 (1234/5)-ci ildə tikildiyi göstərilir.
Zəkəriyyə əl-Qəzvininin 1275-ci ildə yazdığına görə Şirvanşahın Şamaxı yaxınlığındakı Buğurt qalasındakı iqamətgahının divarlarında insan heykəl təsvirləri var idi.XIV əsrin ikinci yarısının müəllifi Arif Ərdəbili xəbər verir ki, Şirvanşah Axsitan (XII əsr) Şamaxı yaxınlığında dağda daş hasarla dövrələnmiş əlçatmaz Gülüstan qalasını tikdirmişdi. Qalanın yuxarı hissəsində daşdan yonulmuş çox gözəl qabarıq insan üzləri təsvir olunmuşdur.XVII əsrdə Şamaxıda olmuş səyyah Adam Oleari qala divarında daşdan yonulmuş insan üzləri gördüyünü yazırdı.Görünür, bu nadir bəzək abidələri Şirvan-Abşeron memarlıq məktəbində islamaqədərki qədim yerli ənənələr əsasında yaradılırdı.
Nəqqaşlıq və miniatür sənəti
X əsr ərəb müəllifləri Dərbənddə şirlərin və insanların daş heykəl təsvirlərinin mövcudluğunu qeyd etmişlər. Şirvanın bir sıra rayonlarında qoyun və at şəklində başdaşılarına, habelə üzərində məişət, ov və ziyafət səhnələrinin və i.a. barelyef formasında təsvir edildiyi daş sallara təsadüf olunur.İslam dininin insanın və heyvanların təsvirini qadağan etməsinə baxmayaraq, Azərbaycanda təsviri sənətin bu növü aradan çıxmamışdı. IX-XIII əsrlərə aid freskalar və boyakarlıq əsərləri dövrümüzədək gəlib çatmışdır. Mənbələrin verdiyi məlumatlar bu dövrdə təsviri sənətin mövcud olduğunu göstərir. Müqəddəsi (X əsr) xəbər verir ki, Muğandan bir mərhələ aralı quş və heyvan rəsmləri çəkilmiş əl-Həsrə adlı böyük bir qala var. 

XVI əsrdə naməlum Bakılı rəssam tərəfindən çəkilmiş miniatür, Nizami Gəncəviİsgəndərnamə (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi)

XII-XIII əsrlərdə memarlıq abidələrində dekorativ sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatdı. Həndəsi və nəbati ornamentlə yanaşı, "çiçəklənən kufi", yaxud nəsx xətləri ilə məharətlə hörülmüş kitabələr yaradılırdı. Pirsaatçay xanəgahı məscidinin cənub divarındakı mehrab, habelə onun hər iki tərəfindəki kiçik həcmli panno gəc üzərində bədii oyma ilə bəzədilmişdi. Mehrabın düzbucaqlı və pannoların səthi "çiçəklənən kufi" kitabələrlə və nəbati naxışlarla örtülmüş, üzərinə xırda rəngarəng kaşılar səpələnmişdir. Pirhüseynin türbəsinin və qəbirdaşının kaşı bəzəyi xüsusilə böyük bədii dəyərə malikdir. Zərnaxışla örtülmüş kaşı lövhələri kobalt və yaşılı füruzəyi rəngli naxışlarla bəzədilmişdir. V.A.Kraçkovskayanın fikrincə, kaşılar Kaşan şəhərində hazırlanmışdır.
Azərbaycan təsviri sənəti ilk nümunələri XIII əsrin əvvəllərinə aid edilən miniatür rəssamlığında da təcəssüm etmişdir. Bu incəsənət növünün sonrakı inkişafı XIII əsrin sonu - XIV əsr miniatürlərində nəzərə çarpır.
Azərbaycanda əlyazması kitabı, bütün müsəlman Şərqində olduğu kimi, tam bir sıra sənətkarın əməyi ilə yaradılan əsl bədii sənət əsəri idi. Əlyazma kitabının kağızı xüsusi üsulla hazırlanır və cilalanırdı. Sonra mahir xəttatlar hüsnxətlə əlyazmasının mətnini köçürürdülər. Ən qədim xətt kufi xətti idi. Sonralar nəsx, süls və s. xətlər yarandı. Kitabın yaradılmasında gözəl xətlə yazan xəttatların rolu xüsusilə böyük idi. Xəttatın adı, adətən, əlyazmasının kolofonunda göstərilirdi. Yazı texnikasının bədii keyfiyyətləri uzunmüddətli təcrübə sayəsində əldə edilirdi. Mətn köçürüldükdən sonra əlyazması illüstrasiya üçün ayrılmış yerlər və ayrı-ayrı səhifələr üzərində işləyən miniatürçü rəssama verilirdi. Kitabın bəzədilməsində müzəhhiblər, naxış ustaları da işləyirdilər. Əlyazma kitabı üzərində son işi cildçilər görürdülər. Onlar kitaba dəridən basmanaxışlı, yaxud lak boyalı üz çəkirdilər. 

Hiç yorum yok:

Yorum Gönder