Bu Blogda Ara

6 Ekim 2011 Perşembe

Cəlil Məmədquluzadə həyatı,yaradıcılığı və bir əsəri

Jmgz.jpgİlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.
1903-cü ildən Tibilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.
1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdır.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. NaxçıvandaCəlilabadda heykəli qoyulmuşdur. BakıdaNaxçıvanda ev-muzeyləri, NehrəmCəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.
Son illərdə akademik İ.Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşaİranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.  Bu hekayni nağıl eləməmişdən qabaq bunu istəyirm deyəm ki, bir para uşaqlarda belə
bir pis xasiyyət olur ki, əllərinə karandaş şən kimi başlayırlar evin divarlarını yazmağa.
Hə  çoxusu kömürnən də, təbaşirnən də  yazır. Hələ sən kömürü və  təbaşiri deyirsən,
Mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya pıçağı alıb, divarları cızıb xarab eləyir.
Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həyə sən yaxşı
uşaqsan və könlün məşq eləmək istəyir, götür kağızı-qələmi, bir yerdə  otur və nə qədər
kefindir, yaz.
İndi keçək nağılımıza.Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də  divar yazan deyillər;
çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları
yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir
xəlvət yerdə bir belə şəkil çəkilib: deyəsən, bir heyvan başıdır, qulaqları da deyəsən var,
bir-iki ayağı da var, altında beş dəfə  əlif  yazılıb və bundan savayı beş-altı yumru şey
çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan
savayı heç kəs yaza bilməz.
Xoşuma gəlmədi, çağırdım uşaqları.
ədə, genə divarları yazırsınız?”
Üçü də gəldi durdu yazının qabağında.
“Hansınız yazmısınız?”
Üçü də dayandı.
Elədə pəs şeytan yazıb?”
Dədə, vallah mən yazmamışam.”
Dədə, məndə yazmamışam.”
Balaca Qurban da "mən yazmamışam" deyə-deyə  əllərini üzünə qoyub başladı ağlamağa.
Mən deyinə-deyinə bir əski tapıb yazını təmizlədim və deyinə-deyinə çəkildim getdim.
Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi:Sən yazmısan.Teymur da Heydərə  deyirdi.Sən özün yazmısan.
Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir böyük xəbər gətirib.
Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.”
Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və_əllərini ata-ata elə hirsnən
cavab verdi ki, az qalırdı əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit
olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:
Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki, sizin
danmağınıza inciyirəm; sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki,
söz yox, divarı yazan üçünüzdən birinizdi; amma üçünüz də and-aman eləyirsiniz ki, siz
yazmamısınız. s sizdən savayı bu evdə_uşaq ki, yoxdu.”
Genə uşaqlarım başladılar and-amanı, bir-biri ilə deyişməyi.
Aradan beş-on gün keçmişdi. Haman divarda, qapının dalında, haman davalı cızma-qara
pozulan yerdə gördüm genə haman yazı: heyvan kimi bir şeyə oxşayır, altında bir neçə
əlif yazılıb, yanında bir neçə yumru mazıya oxşar bir şey çəkilib.  Hirsləndim. Uşaqları çağırdım. Genə haman and və qəsəm, genə bir-birinin üstünə atmaq,
Genə göz yaşı....
Mən bu dəfə o qədər incidim ki, o günü bidamağ oldum və çörək yeyə bilmədim. Ürəyim
ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə; həmi mənim tərbiyəmi
pozub divarı xarab edir, həmi and-aman ilə mənə bu qədər bərk-bərk yalan satır və
beləliklə öz qorxaqlığını açıq-açığına bildirir.
Bu da keçdi və bir iki aydan sonra bu giley-güzar başladı yaddan çıxmağa.
Amma bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim, gördüm divarda genə
haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçə əlif, yanında bir neçə
yumru-yumru yazılar.
Bu dəfə uşaqlara bir söz dəxi demədim; öz-özümə fikir elədim ki, əgər mənim
uşaqlarımın biri inada düşüb məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyib,
bəlkə öz-özünə şünə ki, bu iş özü hər babətdən pis işdir.
Digər tərəfdən də məni məşğul edən tərbiyə məsələsi idi ki, aya, görək mən uşaqlarıma
verdiyim tərbiyənin hansı bir tərəfi yanlış yola düşüb; aya, görək mən kimi bir qoca
mürəbbinin səhvi harada olub və bundan sonra uşaqlarım barəsində bəslədiyim rəftarın
hansı tərəfinə təğyir verməliyəm....
Böyük şəhərdə yaşamaq çox babətdən rahatçılıqdır. Xüsusən bazar-dükanda cəm olan
dünyanın hər bir neməti,yeməli və içməli qəbilindən hamısı həməvəqt şəhər əhli üçün
mühəyyadır. Və bazar-dükandan əlavə heç bir mətah yoxdur ki, onu əllərdə gəzdirməsin
və sənin öz qapına gətirib satmasınlar; meyvə, pencər, yağ, pendir və qeyriləri.
Bizim də bir müştərimiz var ki, ayda bir, həftədə bir, sağ əlində bir vedrə yağ, sol əlində
bir səbət yumurta, çiynində tərəzi, hıqqına-hıqqına pilləkənləri çıxar yuxarı və bizə salam
verəndən sonra həmişə belə deyər:Qab gətirin.
Ev adamı və uşaqlar və gahdan bir mən özüm də həməvəqt çıxarıq bunun qabağına,
salamını alarıq, kefini soruşarıq və sonra gətirdiyi əşyaya tamaşa edib qiymətini xəbər
alarıq. Bu da həmişə belə cavab verər:
“A kişi, qiymətini bilirsiniz, qab gətirin. Və bu növ sual-cavabın nəticəsində  ştərimiz
Bizə bir neçə girvənkə yaş çəkib verər, bir qədər yumurta sayıb verər; pulumuz olanda
alar, olmayanda da nisyə qoyar gedər ki, bir də yolu düşəndə gəlsin.”
Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırx-qırx beş, uca boy, bir kasıb və fağır İran
əhlidir.
Dünən Kəblə Əzim yenə yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, Dərbənd
yağıdır, çıxarı çox az olacaq, özü də kəhrəba kimi, yeyəndə ətrindən doymaq olmayacaq;
yumurtaları da guya Qurnaşın kəndindən gətirib, oranın toyuqları guya çəmənlərin
otundan və çiçəyindən başqa bir şey yemirlər.
Yaşdan beş-altı manat, yumurtadan da genə bir qədər borcumuz qaldı. Çünki o günü
xırda pulumuz olmadı (yəni böyük pulumuz da yox idi). Kəblə Əzim şey-şüyünü götürdü
və çıxdı dalana ki, getsin; mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə
tapşıra idim Ərdəbildən təzəliklə gələn olsa, mə xəbər versin; Ərdəbil fazili Mirzə
Ələkbər ağa barəsində əhval bilmək istəyirdim (çünki Kəblə Əzim özü Ərdəbilli idi).
Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə keçib qapının dalına
Və bir güdək karandaşın ucunu ağzına soxub fikrə gedib. Divarda heyvana oxşar bir
cızma-qara çəkilib, altından bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb
elədim və əhvalım da birdən nədənsə dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən
soruşmamış dedi:
“Molla əmi, doğrusu mənim dərsim-zadım yoxdu, bu bir yaddaşdı, yazdım ki, hesablar
dolaşmasın.”
Mən qəhqəhə çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu soruşdum ki,
divara yazdığının mənası nədir?
Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın
Mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar da
yumurtadan qalan borcumun hesabı imi_.
Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:
“Uşaqlarım, uşaqlarım,gəlin, bura gəlin!”
Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən
soruşmağa başladılar:
“Dədə, bunu kim yazıb?”
Dedim:
“Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təfavütünüz oradadır ki,
onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.”
Uşaqlar çox gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına böyük bir səbəb
var idi ki, hər bir oxucuya aşikar olsun gərək.                                                                                                      FİLMOqrafiya
  1. Qəm pəncərəsi (film, 1986)
  2. Pirverdinin xoruzu (film, 1987)
  3. O dünyadan salam (film, 1992)
  4. Nigarançılıq (film, 1998)
  5. Sirkə (film, 2003)

1 yorum: