Bu Blogda Ara

27 Ekim 2011 Perşembe

Bakı metropoliteni

Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətdən, 23 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Bakı Metropoliteni
Baku Metro Logo.png
Nizami metrostansiyası
Nizami metrostansiyası
ÖlkəAzərbaycan bayrağı Azərbaycan
ŞəhərBakıBakı
İstismara verilmə1967-ci il, 6 noyabr
Xəttləri
2
Xəttlərin uzunluğu
34,6 km
Stansiyaları
23 işləyən
2 tikilən
İllik sərnişindaşıma
200 mil.
Gündəlik sərnişindaşıma
600 min
Saytı
Bakı metropoliteni is located in Azərbaycan
Bakı metropoliteni
Bakı Metropoliteni

Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətdən, 23 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
18,36 km
Xəttlər və stansiyalar

14,8 Km
Dərnəgül - Günəşli

2,3 Km 1968
28 May - Xətai
2,4 Km 1976
28 May - Nizami
6,7 Km 1985
Nizami - Memar Əcəmi
2,1 Km 2008
Memar Əcəmi - Nəsimi
1,3 Km 2009
Nəsimi - Azadlıq prospekti
1,5 Km 2011
Azadlıq prospekti - Dərnəgül

Tarixi

XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakışəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı.Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası - Bakı Soveti26 Bakı Komissarı28 AprelGənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.
2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.
2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir.
2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir.
Gələcək planlar
2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.
Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır.
Ümumiyyətlə 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var[3]. Artıq CavadxanAvtovağzal stansiyalarının və Dərnəgül Elektrik Deposu-nun tikintisinə başlanılmışdır. Bakı metropolitenin 20 illik inkişaf proqramı çərçivəsində daha 40 yeni stansiyanın inşası planlaşdırılır.
Gediş haqqı
2013-cü ilin sonunda Bakı Metropoliteninin stansiyaları iki xəttə ayrılacaq. Metronun iki müstəqil xətti olacaq - «Həzi Aslanov»-«İçərişəhər» və «Dərnəgül»-«Xətai». 1-ci xətt «28 May» stansiyasından, 2-ci isə «Cəfər Cabbarlı»dan keçməklə işləyəcək».
2-ci xəttin tam sərbəst işləməsi üçün elektrik deposu tikiləcək və həmin müddətdə də xətlər tam ayrılacaq. Bu işlər 2013-cü ilin sonunadək başa çatacaq. 2030-cu ilədək Bakı metrosunda 5 müstəqil xətt olacaq. Həmin vaxt Bakı Metropoliteni stansiyalarının sayının 76-ya, yolların uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulub. Bu işlər çərçivəsində qarşıdakı 20 ildə metronun inkişafı strategiyasına əsasən 53 yeni stansiya tikilməli, 83,4 km yeni metro xətti çəkilməlidir.
Hazırda «Avtovağzal» xəttinin çəkilməsi üçün «Avtovağzal»dan «Memar Əcəmi»yədək iki paralel tunelin qazılmasına başlanıb. Metronun «Avtovağzal» stansiyasının 2014-cü ilin sonuna hazır olması gözlənilir. Eyni zamanda Həzi Aslanov, Təzə Günəşli və Köhnə Günəşli sahələrində də işlər aparılır.

Bakı metrosu «Ginnesin Rekordlar Kitabı»nda

28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza «Ginnesin Rekordlar Kitabı»na ən dəhşətli metro qəzası kimi düşüb. Prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib.Beləliklə ilk dəfə 1967-ci ildə «Ginnesin Rekordlar Kitabı»na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü.Birinci göstərici dəyişməyən rekordlar siyahısına daxildir. Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir “uğura” imza atıb və təqribən 15 ilə yaxın müddətdə “keçici bayrağı” heç kimə verməyib.
30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən Gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub.Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşmadır.

Hiç yorum yok:

Yorum Gönder