Bu Blogda Ara

28 Ekim 2011 Cuma

Hüseyn Cavid həyatı yaradıcılığı və bir əsəri(şeiri)

HÜSEYN CAVİD
Hüseyn Abdulla oğlu Rasizadə
H-cavid.jpg
Doğum tarixi:24 oktyabr 1882-ci il
Doğum yeri:Naxçıvan
Vəfatı:5 dekabr 1941-ci il (59 yaşında)
Vəfat yeri:MaqadanRusiya
Vəfat səbəbi:represiya edilib
Fəaliyyəti:Şair, yazıçı, dramaturq
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) - 24 oktyabr 1882Naxçıvan – 5 dekabr 1941Maqadan) - Azərbaycan şairi, yazıçı və dramaturq.

Həyatı

Hüseyn Cavid ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930). Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti)

                                                                                     Şairin 100 illik yubileyi                                      Azərbaycan Şekspiri dörd əsr gecikmişdi. Ona yazmaq, yazmaq, yazmaq lazım idi. Ağ vərəq, mürəkkəb və qələm. Vaxt onu qovurdu.Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.

  • Mişkinaz Cavidin həyat yoldaşıdır.
  • Turan Cavidin atasıdır.
  • Ərtoğrol Cavidin atasıdır.                                                                                   Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
    Bilirəm bən səni, get! Hər sözün əfsa...nə imiş.
    Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
    Duydum artıq sənin eşqindəki məna nə imiş!..
    Bivəfasən, mələk olsan belə uymam daha, get!
    Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
    Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
    Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
    Səni bir sadədil, azadə mələk sanmış idim,
    Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.
    Səni təqdis edərək bir daha sevməm əsla,
    Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
    Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
    Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

Hiç yorum yok:

Yorum Gönder