Bu Blogda Ara

22 Ekim 2011 Cumartesi

Pifaqor



Samoslu Pifaqor ( yun. Πυθαγόρας ὁ Σάμιος, la- Pythagoras) e.ə. 570 - e.ə. 490) —Qədim yunan filosofu və riyaziyyatçısı, dini fəlsəfi məktəbin - Pifaqorizmin banisi.
Pifaqor məktəbi
Bu məktəb Samoslu Pifaqor (b. er. əv. 580– 512) tərəfindən yaradılmışdır. O, qədim dünyanın, demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poetika, tibb, musiqi, elm (xüsusilə riyaziyyat) bir–birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır.
«Hər şey harmoniya və rəqəmlərdən ibarətdir» – Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur.F.Engels bu barədə yazırdı: «Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir». Pifaqorçuluqda rəqəmlərin mistikası və musiqidə kəmiyyət münasibətlərinin konstruksiyalaşdırılması, astroloji – musiqi quruluşları dəqiq astronomik hesablamalarla özünəməxsus şəkildə uzlaşır.
Pifaqor öz qarşısına həqiqətən ilahi bir məsələ – kainatın quruluşunun əsas prinsipini (arxe) üzə çıxarmaq məsələsini qoymuşdur ki, bu da ibtidai, formasız xaosu nizamlanmış, məqsədəuyğun kosmosa çevirir. Belə bir prinsiplə bir–birinə zidd element və tendensiyaların rəqəm harmoniyasını qəbul etmişdir. Pifaqorçular harmoniyanı «müxtəlif qarışıqların birləşməsi və müxtəlif fikirliyin razılığı» kimi başa düşürdülər. Səciyyəvi haldır ki, Pifaqor özünü yer üzərində «ilkin və təbiətin kökündən» kosmik səsləri başa düşən yeganə adam hesab edirdi.
Pifaqor və dünyanı dərk etmək
Pifaqor fəlsəfə tarixində əsasən riyaziyyat və rəqəmlər haqqında yarımelmi və mistik simvollar müəllifi kimi və bəzi etik normaların və ən çox isə metempsixoz nəzəriyyəsinin (ruhun bir canlıdan digər canlıya keçməsi) yaradıcısı kimi tanınır. Pifaqorçuların səma cisimləri haqqında fərziyyələri maraq doğurur. Bizim e.ə. III əsrdə fəlsəfi istiqamət kimi pifaqorçuluq aradan çıxsa da, 2 əsrdən sonra Planotizm və digər dini–fəlsəfi istiqamətli məktəblərlə birləşərək yenidən fəaliyyət göstərməyə başlamışdır.
Pifaqor şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə düşünmür, bütün ömrünü şeylərin mahiyyətini öyrənməyə həsr edir. Kainatıkosmos adlandıran ilk şəxs də Pifaqor olub. Deyirdi ki, kainat kürə şəklindədir, on sferadan ibarətdi. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, şeylərin mənbəyində rəqəmlər durur.
Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertran Rassel yazır ki, riyaziyyat deduktiv sübuti əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir.GünəşAy və planetlər öz orbiti üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini «yalançı Pifaqor sistemi» elan etmişdi.

Hiç yorum yok:

Yorum Gönder