Bu Blogda Ara

29 Ekim 2011 Cumartesi

Üzeyir Hacıbəyov həyatı və yaradıcılığı

Üzeyir Hacıbəyov
اوزئییر حاجی‌به‌ی‌اوو
Uzeyir Hajibeyov1.jpg
Ümumi məlumatlar
Doğum adıÜzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov
Doğum tarixi18 sentyabr 1885-ci il
Şuşa kəndiAğcabədi
Vəfatı23 noyabr 1948-ci il (63 yaşında)
BakıFlag of Azerbaijan SSR.svg Azərbaycan SSR
MükafatlarıLenin OrdeniQırmızı Əmək Bayrağı Ordeni
SSRİ Xalq ArtistiStalin mükafatıStalin mükafatı
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (18 sentyabr 1885Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, EAakademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).

Adlar və mükafatlar

  1. Azərbaycan Əməkdar İncəsənət Xadimi (1935)
  2. SSRİ Xalq Artisti (1938)
  3. Professor (1940)
  4. SSRİ Dövlət Mükafatı Laureatı (1941,1946)
  5. Azərbaycan EA akademiki (1945)
  6. Stalin Mükafatı laureatı («Arşın Mal Alan» kinofilminin musiqisinin müəllifi kimi 1946)
  7. "Lenin Ordeni"
  8. "Qırmızı Əmək Bayrağı" Ordeni


Həyatı

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.[1]Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır.Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayılqəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə BakıdaAzərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.[2]
Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaratmışdır.
Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir.
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.
Hajibeyov-1948.jpg
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan Türk El Nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.
1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası ( librettosu H.İsmayılov vəM.S.Ordubadinindir ) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.
O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.
Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.
2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində “Üzeyir Hacıbəyli – 125” Beynəlxalq Musiqi festivalı keçirildi.Yubiley çərçivəsində Vyanada və Afinada azərbaycan və xarici musiqiçilərin konserti təşkil ediləcək.Vyanadakı konsert dahi bəstəkarın abidəsi önündə keçirləcək.


Musiqili komediyaları

İlk tamaşa 1910 il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.
  • 1910 - 0 olmasın, Bu Olsun. 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915-ci ildə yazılmışdır). Librettosu H.-undur.
İlk tamaşa 1911 il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur.
İlk tamaşa 1913 il oktyabrın 25-də (noyabrın 7-də) BakıdaHacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.

İnstrumental müşayiətli xor əsərləri

  • 1919 - Azərbaycan. Xor və ork. üçün. Sözləri Əhməd Cavadındır. Milli marş. Xor və ork. üçün. Sözləri Hacıbəyovundur.
  • 1930 - Himn. Xor və simf. ork. üçün. Sözləri Hacıbəyovundur.
  • 1934 - Kantata. M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simf. ork. üçün.
Qızıl əsgər marşı. Solist, xor və fp. üçün. Sözləri Məmməd Səid Ordubadinindir.
  • 1936 - Azərbaycan xalq mahnılarının xor üçün işləmələri. Xalq çalğı alətləri ansamblı və ya fp.-nın müşayiəti ilə xor üçün («Ay Bəri Bax», «Gedək Gəzək Bağçada», «Aman Nənə», «Nə Gözəldir», «Lolo», «Sən Gözəl», «Ləlli»). Süvari Marşı. Xor və fp. üçün.
  • Piyadalar Marşı. Xor və fp. üçün.
  • 1938 - Kantata. Solist, xor, simf. ork. və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir. Ölməz sənətkar. Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə. Xor və fp. üçün. SözləriH. Natiqindir.
  • 1939 - Kantata. Solist, xor, simf. ork. və rəqs qrupu üçün.
  • 1942 - «Vətən və cəbhə» kantatası. Solist, xor, simf. ork. və rəqs qrupu üçün. Sözləri H.-dur.
«Ey Vətən». Xor və fp. üçün. Sözləri Səməd Vurğunundur.

Orkestr əsərləri


Kamera-instrumental əsərləri

  • 1925—1945 - Aşıqsayağı. Skripka, violonçel və fp. üçün. Uşaq albomu. Fp. üçün.
    • Sonatina. Fp. üçün.
    • Uşaq pyesləri. Fp. üçün.


Xoreoqrafik miniatürlər

Romans-qəzəllər


Mahnılar

Bir quş düşdü havadan. Səs və fp. üçün. Sözlərinin müəllifi mə'lum deyil.
İlk variantı «Mazut» adı ilə 30-cu illərdə yazılmışdır.


Filmoqrafiya

  1. Arşın mal alan (film, 1917)
  2. Arşın mal alan (film, 1945)
  3. Arşın mal alan (film, 1965)
  4. O olmasın, bu olsun (film, 1956)


Nəsil ağacı

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy Molla Məhəmməd oğlu
 
 
 
 
 
Mirzə Əbdülhüseyn bəy Hacıbəyov
(1842—1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy Hacıbəyov
(1879—1921)
 
Sayad Hacıbəyova
(1872—1954)
Abuhəyat xanım Hacıbəyova
(1880—1951)
Zülfüqar bəy Hacıbəyov
(1884—1950)
 
Üzeyir Hacıbəyov
(1885—1948)
 
Ceyhun Hacıbəyli
(1891—1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan Hacıbəyov
(1919—1974)
 
 
 
 
 
 
Niyazi
(1912—1984)
Çingiz Hacıbəyov
(1913—1971)
Ceyhun
(1919—1941)
Timuçin
(1921—1993)
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Hacıbəyov
(1949—2006)

1 yorum: