Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər.
Qarabağ bəylərbəyliyi
Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı H.Məmmədov bu barədə yazır: «İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzasına qədər uzanırdı».
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi xristian məlikliyi yaradılmışdı. Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala «erməni milli dövlətçiliyi»nin nümunəsi, «əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan» qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. Məsələn: erməni tarixçisi A.R.İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi «tarixi Ermənistan ərazisi» adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində olan xristian məlikləri «faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar» kimi təsvir etmişdir.
İlk olaraq məliklərin özləri haqda: XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəy Qarabağiyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan – Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahqulu- Mağavizdən, Gülüstan (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız birinin - Xaçının məlikləri Həsən Cəlalyan övladıdır. Digər «Qarabağnamə» müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində «Təzkirət-əl-mülk»də Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər «ölkə»yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII-XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı».
Qarabağın xristian məlikliklərinin əhalisi haqqında: erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur. Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban adlandırmışlar.
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar. H.Məmmədov İbrahim Rəhimizadənin «Gəncineyi-fəthi-Gəncə» əsərinə istinadən köstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar.
Qarabağ bəylərbəyliyi və Ziyadoğlu-Qacarlar
Səfəvilər dövləti dönəmində, Qarabağın ilk bəylərbəyi Sərdar bəy Bəydili-Şamlı olmuşdu. Ağzivər xanın qardaşı olan Sərdar bəy 1514-cü ildə Çaldıran savaşında iştirak etmişdi. I Şah Təhmasibin dövründən Qarabağ bəylərbəyiliyinə Qacar elinin Ziyadoğlu oymağının nümayəndələri başçılıq edirdilər. Bəylərbəyiliklər rəsmən mərkəzi dövlətə tabe hesab edilsələr də, əslində yarım müstəqil vəziyyətdə olub, bir növ dövlət daxilində dövlət idilər. Qacarlar Qarabağın köklü sakinləri idilər. Tanınmış Azərbaycan tarixçisi İskəndər bəy Türkman Münşi (1560-1634) özünün məşhur «Tarixi aləm-arayi-abbasi» adlı əsərində yazırdı: «Qarabağ qışlaqları və yaylaqları, təmiz havası və sıx ormanları olan ən gözəl bir diyardır. Qarabağın ən qədim əhalisi qacarlar və onlara qohum olan tayfalar burda gözəl bağlar salmışlar». Bizə bəlli olan ilk Qarabağ bəylərbəyi Kəmaləddin Şahverdi sultan Ümmət bəy oğlu Ziyadoğlu-Qacardır. I Şah Təhmasib Səfəvi (1524--1578) 1551-ci ildə Şahverdi sultanı Qarabağa hakim təyin etdi. Şahverdi sultan Qarabağ qoşununun başında Qızılbaşlar məmləkəti tərəfindən bir çox savaşlara qatılmışdı. 1558-ci ildə qiyamçı Kartli valisi Lauraspı (1534—1558) öldürdü. Lauraspdan sonra təyin edilən vali Simon (1558—1560) tez-tez asilik etdiyindən, ayağını cızıqdan kənara qoyan kimi şahın əmri ilə Şahverdi sultan tərəfindən cəzalandırılır, qulaqburması alırdı. Tiflis hakimi Georgi Dadiani (1548—1582) Qarabağ bəylərbəyinin nəzarəti altında idi. Azğınlıq eşqinə düşən kimi Şahverdi sultan qoşunla Tiflisə gəlirdi.
Kəmaləddin Şahverdi sultan 1568-ci ildə vəfat etdi. Şahverdi sultanın oğlu Ibrahim sultan atasının yerinə xan ünvanı ilə bəylərbəyi təyin olundu. O, şahzadə Sultanəli mirzənin lələsi idi.
Ibrahim sultandan sonra Qarabağın bəylərbəyi Yusif xəlifə oldu. Yusif xəlifə gözünü açmağa macal tapmamış əmisioğlu Peykər sultan tərəfindən öldürüldü. II Şah Ismayıl Səfəvi 1577-ci ildə Peykər sultanı vəzifəsindən çıxarıb qorçusu Imamqulu bəy Yıva-Qacarı Qarabağa bəylərbəyi təyin etdi. Sultan ünvanı ilə bəylərbəyiliyə başlayan Imamqulu bəy tez bir zamanda şahdan xanlıq fərmanı aldı. Hətta şahdan xahiş etdi ki, Ziyadoğlu oymağının nümayəndəsi Peykər sultanı Şirvana bəylərbəyi təyin etsin. Şah Imamqulu xanın xahişini yerinə yetirdi. Imamqulu xan Qızılbaşlar məmləkətinin ən ünlü sərkərdələrinin birinə çevrildi. Bir çox savaşlarda ad qazandı.
Imamqulu xan Qacar 1587-ci ildə vəfat etdi.
1587-ci ildə Qarabağın bəylərbəyi Hüseyn xan Ziyadoğlu-Qacar idi. 1588-ci ildə Məhəmməd xan Xəlil sultan oğlu Ziyadoğlu-Qacar Qarabağın bəylərbəyi təyin olundu. Məhəmməd xan 1616-cı ilə kimi, həlak olduğu çağa qədər Qarabağın bəylərbəyi olmuşdu. Mürşüdqulu xan atasının ölümündən sonra, 1616-cı ildə Qarabağın bəylərbəyi oldu. Onun hakimliyi çox çəkmədi. Qardaşı Məhəmmədqulu xan onu əvəz etdi. Məhəmmədqulu xan bir müddət bəylərbəyi olduqdan sonra I Şah Abbasın qəzəbinə tuş gəldi. Şah 1625-ci ildə onu çıxarıb Tiflis hakimi Davud xan Allahverdi xan oğlunu bəylərbəyi təyin etdi. Davud xan qulam olduğuna baxmayaraq, özündən çox razı idi. Məclisdə ədəb-ərkan tanımadığından, Şah Səfinin (1629—1642) acığına səbəb oldu. Şah onu saraydan qovdu. O da Qarabağı yağmalayıb, Osmanlı dövlətinə pənahlandı. Şah yenidən Məhəmmədqulu xanı bəylərbəyi təyin etdi.
Murtuzaqulu xan atasının vəfatından sonra Qarabağ əyalətinə bəylərbəyi təyin edildi. Gəncə-Qarabağ onun ağalığı illərində özünün çiçəklənmə dönəmini yaşadı. II Şah Abbas 1651-ci ildə imzaladığı bir fərmanda Murtuzaqulu xanın adını çəkir. Fərmanda deyilir: «…Habelə hökmranlıq və qüdrətin pənahı, dəbdəbəli və cəlallı dəstgaha malik, yüksək vəzifəli, cəlallı və iqballı idarəçi Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacar həmin mahalın əzəmətli mustofilər tərəfindən təsdiq olunmuş məlikliyi müəyyən vahid təyin etdiyi təqdirdə və (həmin vahid) qeyd olunan ali və yüksək rütbəli (şəxsə) ödənməli halda, göstəriş versinlər ki, məzkur mahalın məliklik rüsumunu həmin vilayətdəki qayda üzrə qeyd edilən ali və yüksək rütbəliyə aid etsinlər.» (Bax: Azərb. Tarixi üzrə qaynaqlar… Bakı, 1989, səh 210) Murtuzaqulu xan 1664-cü ildə varis qoymadan vəfat etdi. Məhəmmədqulu xanın ikinci oğlu Uğurlu xan bir müddət Qum şəhərinin darğası olmuşdu. Qardaşının vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat etdi.
Abbasqulu xan II Şah Səfinin (I Süleymanın) (1666-1694) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi olmuşdu. Qaynaqlarda göstərilir ki, Gürcüstan valisi Georgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sonra Qarabağın və Kaxetiyanın hakimi oldu. Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyəti dönəmində bütün Qızılbaşlar ordusunun başında durmuşdu.
Uğurlu xanın ikinci oğlu Kəlbəli xan II Şah Abbas Səfəvinin (1642—1666) yaxın adamları cərgəsində idi. Istanbula, Osmanlı sarayına elçi getmişdi. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseynqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Məhəmmədrəhim xan və Şahverdi xan adlı oğulları vardı. XVIII yüzildə Gəncə-Qarabağ əyalətini növbə ilə Kəlbəli xanın oğulları idarə etmişdilər. Həsənəli xan Bərdədə hakim idi. Nadir şah Qırxlı-Avşarın qardaşı Məhəmmədibrahim xan Zahirəddövlənin xidmətidə idi. Onunla bərabər Dağıstana yürüşdə iştirak etmişdi. II Uğurlu xan 1738-ci ildə qiyamçı dağıstanlılara qarşı döyüşdə həlak oldu. Uğurlu xandan sonra Gəncə-Qarabağı bir müddət kürd kökənli Hacı xan Çəmişgəzəki idarə etmişdi. Nadir şahın ölümündən sonra qarabağlılar onu qovub Məhəmmədrəhim xan Ziyadoğlu-Qacarı taxta çıxardılar. Lakin qardaşı Şahverdi xan ona aman verməyərək yıxıb yerinə keçdi. Şahverdi xanın hakimiyyəti dönəmində Qarabağda xanlıq yarandı. Gəncə-Qarabağ əyaləti iki xanlığa parçalandı. XVIII yüzilin ortalarından Azərbaycanın feodal dövlətlərə-xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yarandı. Yeri gəlmişkən qeyd edək ki, bir sıra tayfaların (Otuziki, Cavanşir, Kəbirli ellərinin) Əfqanıstana köçürülməsi Nadir şah Qırxlı-Avşarın yürüşləri ilə bağlıdır.
Qarabağin qəza və nahiyələri
1593-cü ilə bağlı Osmanlı «təhrir dəftəri»ndə Gəncə-Qarabağ bəylərbəyiliyinin inzibati əraziləri:
Gəncə sancağı (Gəncə, Gəncə aranı, Gəncə dağıstanı, Şəmkir aranı, Sonqur dağıstanı, Kürəkbasan aranı, Şütür, Danqı, Zəyəm aranı, Yaylaq, Tovuz, Dəmirçihəsənli-Qazax nahiyələri)
Bərdə sancağı (Bərdə, Sir, Pətəklik, Incərud nahiyələri və ulusati-Iyirmidörd ölkəsi)
Xaçın sancağı (Xaçın, Qaraağac, Ağcabədi, Çalaberd dağıstanı, Çalaberd, Qarqar, Mağavuz nahiyələri, Ulustati-Hacılı, ulusati-Otuziki ölkələri),
Ağstabad sancağı (Ağstabad (Ağstafa)-Böyükçay, Quzey, Güney, Incə dağıstanı, Incə nahiyələri)
Dizaq sancağı (Arazbar, Dizaq dağıstanı, Dizaq nahiyələri),
Həkəri sancağı (Keştasb, Həkəri, Zarıs, Alpavut nahiyələri)
Vərəndə sancağı (Vərəndə nahiyəsi)
1727-ci ilə bağlı Osmanlı «müfəssəl dəftəri»ndə isə Gəncə-Qarabağ bəylərbəyiliyi
Gəncə livası (Gəncə şəhəri, Gəncəbasan, Sunqurabad, Şəmkürbasan, Kürəkbasan, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Şütürbasan, Talış, Gülüstan, Yevlaq-Qaramanlı, Danqı nahiyələri)
Xılxına livası (Xılxına şəhəri, Xılxına, Həsənsu, Tavus, Axıncı, Əsrik, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm nahiyələri)
Bərdə livası (Bərdə şəhəri, Bərdə, Incərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələri),
Arazbar livası (Arazbar, Həkəri, Çulundur nahiyələrindən),
Lori livası (Güney, Quzey nahiyələri)
Camaatları:Cavanşir eli, Otuziki eli, Kəbirli eli, Kəngərli eli, Ətyeməzli camaatı, Püsyan eli və Qaraçorlu eli
Qarabağ bəylərbəyiləri
Sərdar bəy Bəydili-Şamlı
Rüstəm xan Qacar
Şahverdi sultan Ziyadoğlu-Qacar 1551-1568
İbrahim sultan Ziyadoğlu-Qacar 1568-1570
Yusif xəlifə Ziyadoğlu-Qacar 1570
Peykər sultan Ziyadoğlu-Qacar 1570-1577
İmamqulu xan Yıva-Qacar 1577-1587
Hüseyn xan Ziyadoğlu-Qacar 1587
Məhəmməd xan Ziyadoğlu-Qacar1587-1616
Mürşüdqulu xan Ziyadoğlu-Qacar 1616-?
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar?-1626
Davud xan Undiladze1626-1633
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar1633-1642 İkinci dəfə
Mürtəzaqulu xan Ziyadoğlu-Qacar 1642-1664
Uğurlu xan Ziyadoğlu-Qacar 1664-1666
Abbasqulu xan Ziyadoğlu-Qacar1666-?
Kəlbəli xan Ziyadoğlu-Qacar?-?
II Uğurlu xan Ziyadoğlu-Qacar?-1738
Hacı xan Camışgəzəki1738-1747

Hiç yorum yok:
Yorum Gönder